Ödəmə terminallarından Paymanata ödəniş etdikdə terminaldan ödəniş qəbzini mütləq götürün. Ödəmə terminalından Paymanat kod aldıqda həmin kod müştəriyə həm sms vasitəsiylə göndərilir, həm də qəbzin üzərində çap olunur.SMS gəlmədiyi halda qəbzin üzərindən kodu götürərək istifadə edə bilərsiniz. Əgər ödəmə terminalı qəbz verməzsə və ya qəbzin üzərində paymanat kod çap olunmazsa bu zaman ödəniş etdiyiniz ödəmə terminalı ofisi ilə əlaqə saxlamalısınız.

Paymanat kod saytda hesab açmadan əvvəl ödəniş və ya pul köçürməsi üçündür. Paymanat koddan yalnız bir dəfə istifadə edilə bilər.

Paymanat pul kisəsindən Paymanat karta çıxarış limiti gündəlik 1000 azn təşkil edir.

Hesaba bir başa pul qoyuluşu etsəz və ya kod alsaz heç bir komissiya tutulmur.Hesabdan hesaba pul göndərmə 1% Paymanat Karta pul çıxarışı 2% təşkil edir

Paymanat hesabına giriş edin və Kart Sifarişi bölməsinə daxil olun. Sizə verilən xanaları düzgün doldurun göndər düyməsinə basın.Məlumatlar doğru göndərildiyi halda Paymanat kart bayram günlərini şənbə bazarı çıxmaqla 5 iş günü ərzində hazır olur.

Əgər Paymanat şifrənizi unutmusunuzsa, şifrəni unutdum bölməsinə daxil olaraq şifrənizi yeniləyə bilərsiniz. Bu zaman qeydiyyatdan keçdiyiniz nömrənizə sms ilə təsdiq kodu gələcək. Həmin kodu səhifədə tələb olunan xanaya yazıb təsdiqlədikdən sonra şifrənizi yeniləmək üçün yeni səhifəyə yönləndiriləcəksiniz.

BIZIM PARTNYORLAR