1) MilliÖN, E-manat Aparatlarından Paymanat Kod almaq üçün Ödəmə kartları menyusuna daxil olunur, Paymanat Kod düyməsi tapılıb vurulur, Açılan ödəniş menyusunda kartın şifrə və seriya nömrəsinin SMS vasitəsilə mobil telefona göndərilməsindən ötrü mütləq olaraq işlətdiyiniz hər hansı mobil operatora məxsus telefon nömrəsi lazımı xanaya qeyd olunur, 1 AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsi vurulur.

Əməliyyat başa çatdıqdan sonra ödəniş qəbzini götürməyi unutmayın. Çünki mobil telefonunuza gələn SMS ilə yanaşı, ödəniş qəbzinin də üzərində aldığınız Paymanat Kod və onun seriyası əks olunur. Ən əsası, ödəniş qəbzi sizin ödənişinizin sübutudur.

2) Plastik Kart vasitəsilə kodu hesabınıza daxil olaraq müvafiq səhifədən əldə edə bilərsiniz

BIZIM PARTNYORLAR